Hadisə
Xızıdakı avtobus qəzasının VİDEOSU yayıldı (YENİLƏNİB)
Xızı rayonunun Qızıl-Qazma qəsəbəsində mikroavtobusun dərəyə aşması nəticəsində 3 nəfər ölüb, 24 nəfər xəsarət alıb.
Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 29-da saat 19 radələrində Xızı rayonunun Qızıl-Qazma qəsəbəsində Sumqayıt şəhər sakini Zaur Şirinov idarə etdiyi "Hyundai" markalı mikroavtobusu dərəyə aşıb.
Nəticədə Z.Şirinovun sərnişinlərindən həmyerliləri 1963-cü il təvəllüdlü Billurə Nağdəli qızı İsmayılova və 1984-cü il təvəllüdlü Kamil İslam oğlu Həziyev hadisə yerində ölmüş, özü və digər sərnişinləri 1954-cü il təvəllüdlü Nizami Astan oğlu Abdullayev, 1966-cı il təvəllüdlü Əsəd Allahverdi oğlu Qurbanov, 1975-ci il təvəllüdlü Lalə Rəhman qızı Rəhmanova, 1973-cü il təvəllüdlü Ziba Novruz qızı Rəhmanova, 1955-ci il təvəllüdlü Rasim Şəfa oğlu Rzayev, 1950-ci il təvəllüdlü Qafar Xanbaba oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Saylar Əriyən oğlu Mikayılov, 1975-ci il təvəllüdlü Leyla Comərd qızı Fərhadova, 1979-cu il təvəllüdlü İradə Sabir qızı Əliyeva, 1963-cü il təvəllüdlü İsmayıl Allahverdi oğlu Feyzullayev, 1985-ci il təvəllüdlü Fərqanə Cəlil qızı Fərzəliyeva, 1977-ci il təvəllüdlü Hədiyyə Rəhim qızı Əliyeva, 1964-cü il təvəllüdlü İndira Talıb qızı Mollayeva, 2005-ci il təvəllüdlü Nigar İlham qızı Kazımlı, 1987-ci il təvəllüdlü Vüsalə Namiq qızı Ağabəyli, 1971-ci il təvəllüdlü Mehman Oruc oğlu İsmayılov, 1962-ci il təvəllüdlü Zərxanım Həşim qızı Sərtayeva, 1969-cu il təvəllüdlü Sumeddin Həmzə oğlu Qasımov, 1974-cü il təvəllüdlü Şəfəq Sərdar qızı Süleymanova, 1991-ci il təvəllüdlü Günel Rayət qızı Bəşirova, 1950-ci il təvəllüdlü Sərxan Ata oğlu Abdullayev, Vaqif Talıbov və Abşeron rayon sakini 1989-cu il təvəllüdlü Samir İlham oğlu Xıdırov xəstəxanaya yerləşdiriliblər. S.Abdullayev orada ölüb.
Xızı RPŞ tərəfindən araşdırma aparılır.
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?