• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

Bakıda türk iş adamının 16 400 dollar pulunu mənimsəyiblər

  • Hadisə
  • 31 May 2016 10:08
  • 361 Baxış
Bakıda türk iş adamının 16 400 dollar pulunu mənimsəyiblər

Paytaxtın Xətai rayonu, Y.Əliyev küçəsi 2-də yaşayan iş adamı Mehmet Nuri Altunqayanın pulu mənimsənilib.

Bu barədə Publika.az-a Azad İstehlakçılar Birliyindən (AİB) xəbər verilib.

Əldə etdiyimiz məlumata görə, 23 ildir Azərbaycanda yaşayan Mehmet Nuri Altunqaya 1997-ci ildə rəsmi şəkildə fəaliyyətə başlayan şirkətin rəhbəridir. “İşimlə əlaqədar Azərbaycanda xeyli iş adamıyla tanış olmuşam. Bu şəxslər arasında Bakı şəhər sakinləri İlqar və Rəşad da var. Mən onların paytaxtın Teymur Əliyev küçəsi 52 ünvanında yerləşən binalarının fasad hissəsini yüksək səviyyədə təmir edərək təhvil verdim” – deyə iş adamı bildirib.

Onun sözlərinə görə, hər şey sifarişlə bu şəxslərin yaşadıqları binaların fasadını yüksək səviyyədə təmir etməsindən sonra başlayıb: “Onlar ötən 5 il ərzində mənə 16 min 400 dollar borclarını ödəmirlər. İlqar və Rəşad adlı şəxslər günü günə sataraq bu pulu verməkdən imtina edirlər”.

Anar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>