Hadisə
Prokuror erməni kəşfiyyatçısına 18 il həbs istədi - FOTOLAR
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə növbəti məhkəmə keçirilib.
Publika.az-ın Qərb bürosunun məlumatına görə, keçən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində hərbçilərimiz tərəfindən tutulan Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən məhkəmədə çıxış edən dövlət ittihamçısı Anar Mirkişiyev Arsen Baqdasaryanın cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı saxlanılan şəxsin özünə məxsus əşyaların cəzaçəkmə müəssisəsinə göndəriləcəyini də bildirib. Daha sonra prosesdə zərərçəkənlər və şahidlərə (mülki şəxslər və hərbçilər) söz verilib. Onlar dövlət ittihamçısı ilə razılaşdıqlarını və məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş ediblər. Çıxış üçün söz alan A. Baqdasaryanın vəkili Ramiz Abdullayev isə təqsirləndirilən şəxslə məsləhətləşmək üçün məhkəmədən vaxt istəyib.
Hakim Elbəy Allahverdiyev vəkillə razılaşaraq prosesin saat 17.30-da davam etdiriləcəyini bildirib.
Sami Süleymanlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ