Xəstəxananın həyətindən körpə meyiti tapılıb
Bizi izləyin

Hadisə

Xəstəxananın həyətindən körpə meyiti tapılıb

Mayın 9-da saat 15 radələrində Göygöl Mərkəzi Rayon Xəstəxanasının həyətində yeni doğulmuş körpə meyiti aşkarlanıb.

Bu barədə Publika.az-ın Qərb bürosuna Göygöl rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, tibbb işçiləri mələfəyə bükülmüş körpə meyitinin xəstəxananın arxa tərəfindən keçən bir avtomobildən atıldığını deyiblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Meyit isə müayinə uçun Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göygöl rayon Şöbəsinə göndərilib.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm