Bakıda mənzildə civə dağıldı
Bizi izləyin

Hadisə

Bakıda mənzildə civə dağıldı

Bakıda mənzildə termometr sınıb, dağılmış civə demerkurizasiya edilib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb.

Maye halında olan kimyəvi element nazirliyin mütəxəssisləri tərəfindən yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm