Tokio Olimpiada stadionu planlarına yenidən baxacaq
Bizi izləyin

İdman

Tokio Olimpiada stadionu planlarına yenidən baxacaq

Yaponiya hökuməti yayda keçiriləcək Olimpiya Oyunlarına kimi yeni stadion tikmək barədə planların yenidən nəzərdən keçiriləcəyini bildirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə baş nazir Sindzo Abe bildirib.

Olimpiada ilə bağlı inşaat planları tənqidlərə səbəb olub. İctimaiyyəti 2 mlrd. dollara yaxın olduğu deyilən layihənin dəyəri hiddətə gətirib.

"Biz xərcləri mümkün qədər ehtiyatlı hesablamalıyıq”, - baş nazir məsələyə münasibət bildirərkən deyib.

O, qısa vaxt ərzində daha səmərəli planın işləniləcəyini bildirib.

Planlara görə stadion 2019-cu ildə istismara verilməli idi.

Lakin daha sonra layihənin təhvil müddəti uzadıldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm