Əfsanəvi cüdoçu “Qarabağ”a təşəkkür etdi
Bizi izləyin

İdman

Əfsanəvi cüdoçu “Qarabağ”a təşəkkür etdi

Cüdo üzrə 2 qat paralimpiya, 2 qat dünya çempionu , 5 qat Avropa çempionu və I Avropa Oyunlarının qızıl medalçısı İlham Zəkiyev “Qarabağ”ın dünənki oyununa görə komandaya və baş məşqçiyə təşəkkürünü bildirib.

Publika.az xəbər verir ki, əfsanəvi cüdoçu Facebook səhifəsində Qurban Qurbanovla birlikdə çəkilmiş şəkilini paylaşaraq belə bir təşəkkür və təbrik mesajı ünvanlayıb:

“Təşəkkürlər "Qarabağ"! Təşəkkürlər Qurban Qurbanov! Siz bizi qürurlandırdınız və fərəhləndirdiniz! Özü də belə bir gündə - Ağdamın işğalı günündə!”

Xatırladaq ki, dünən "Qarabağ" Monteneqroda "Rudar"ın qonağı olub . “Köhlən atlılar” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb. Belə ki, Ağdam təmsilçisi matçın 56-cı dəqiqəsində Reynaldonun qoluyla 1:0 hesabıyla qalib gəliblər.

Bu komandalar arasında Bakıda keçirilmiş ilk oyunda "köhlən atlılar" "Rudar"dan üstün oyun nümayiş etdirsə də, qarşılaşmanın sonunadək monteneqroluların müqavimətini qıra bilməmişdi (0:0).

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm