• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Avropa Liqası: davam, yoxsa tamam?

  • İdman
  • 4 Avqust 2015 14:38
  • 369 Baxış
Avropa Liqası: davam, yoxsa tamam?

Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları avqustun 6-da baş tutacaq. Lakin bunadək UEFA “Kukesi” – “Legiya” matçı ilə bağlı qərar verməlidir. Albaniyada baş tutan matç polşalılar hesabda 2:1 öndə olarkən - 51-ci dəqiqədə dayandırılmışdı.

Publika.az xəbər verir ki, Azərbaycanı qitənin ikinci dərəcəli klub turnirində iki komanda təmsil edir. “İnter”in İspaniya “Atletik”i, “Qəbələ”nin Kipr “Apollon”u ilə qarşılaşacağı gündə qalib gələnlər pley-offa yüksələcək.

Paytaxt təmsilçisi səfərdəki 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Çətin görünsə də, sensasiya həmişə mümkündür.

Əyalət təmsilçisi isə səfərdəki heç-heçədən (1:1) sonra daha şanslı hesab edildiyi cütdə qalib gəlməyə çalışacaq. Mərhələni məğlub bitirən 29 komanda üçün mövsüm başa çatacaq. Bu yarışda qonşu Türkiyənin də iki komandası – “Trabsonspor”la “Başakşəhər” mübarizə aparır.

Avropa Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunları

6 avqust

21:00 Rubin (Rusiya) - Şturm (Avstriya) (3:2)

21:00 QƏBƏLƏ (AZƏRBAYCAN) - Apollon (Kipr) (1:1)

21:00 Omoniya (Kipr) - Brondbü (Danimarka) (0:0)

21:00 İNTER (AZƏRBAYCAN) - Atletik (İspaniya) (0:2)

22:00 Hapoel (Kiryat-Şmona, İsrail) - Liberets (Çexiya) (1:2)

22:00 Odd (Norveç) - Elfsborq (İsveç) (1:2)

22:00 Trabzonspor (Türkiyə) - Rabotniçki (Makedoniya) (0:1)

22:00 Höteborq (İsveç) – Belenenseş (Portuqaliya) (1:2)

22:00 Stromsqodset (Norveç) – Hayduk (Xorvatiya) (0:2)

22:00 Başakşəhər (Türkiyə) - Alkmaar (Hollandiya) (0:2)

22:00 Vorskla (Ukrayna) - Jilina (Slovakiya) (0:2)

22:00 Rusenborq (Norveç) - Debretsen (Macarıstan) (3:2)

22:15 Dinamo (Minsk, Belarus) - Sürix (İsveçrə) (1:0)

22:30 Vaduts (Lixtenşteyn) - Tyun (İsveçrə) (0:0)

22:30 AEK (Kipr) - Bordo (Fransa) (0:3)

22:45 Kopenhagen (Danimarka) - Yablonets (Çexiya) (1:0)

23:00 Sent-Etyen (Fransa) - Tarqu Mureş (Rumıniya) (3:0)

23:00 Zarya (Ukrayna) - Şarlerua (Belçika) (2:0)

23:00 Vitess (Hollandiya) – Sauthempton (İngiltərə) (0:3)

23:00 Atromitos (Yunanıstan) - AİK (İsveç) (3:1)

23:00 Jelezniçar (Bosniya və Herseqovina) - Standard (Belçika) (1:2)

23:00 Astra (Rumıniya) - Vest Hem (İngiltərə) (2:2)

23:05 Spartak (Trnava, Slovakiya) - PAOK (Yunanıstan) (0:1)

23:15 Slovan (Slovakiya) - Krasnodar (Rusiya) (0:2)

23:30 Borussiya (Dortmund, Almaniya) – Volfsberger (Avstriya) (1:0)

23:45 Aberdin (Şotlandiya) - Kayrat (Qazaxıstan) (1:2)

00:00 Voyvodina (Serbiya) – Sampdoriya (İtaliya) (4:0)

00:00 Legiya (Polşa) - Kukesi (Albaniya)

İlk oyun hesab 2:1 olarkən, dayandırılıb.

01:15 Vitoriya (Portuqaliya) - Altax (Avstriya) (1:2)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR