• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"Qarabağ" Avropa Liqasında

  • İdman
  • 5 Avqust 2015 23:33
  • 883 Baxış
"Qarabağ" Avropa Liqasında

Bu gün futbol üzrə UEFA Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsinin cavab oyununda Azərbaycan çempionu, Ağdamın “Qarabağ” komandası Bakıda Şotlandiya çempionu “Seltik” kollektivini qəbul edib.

Publika.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun qolsuz bərabərliklə başa çatıb.

Qlazqoda keçirilən ilk oyunda rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi bu dəfə də qələbə qazana bilməyib.

Beləliklə, "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandıraraq Avropa Liqasının sonuncu - IV təsnifat mərhələsinə vəsiqə qazanıb.

“Qarabağ”ın ilk on birliyində İbrahim Şehiç, Rəşad Sadıxov, İlqar Qurbanov, Bədəvi Hüseynov, Ansi Aqoli, Qara Qarayev, Riçard Almeyda, Əlhərabi Əl-Jadeyaui, Dani Kintana, Reynaldo və Raydel Pupon yer alıblar.

“Seltik”in isə start heyətində Kreyq Qordon, Emilio İzagire, Virgil van Diyk, Dedrik Boyata, Mikael Lustiq, Nir Biton, Skot Braun, Stuart Armstronq, Qari Meki Steven, Stefan Yohansen və Nadir Çiftçi meydana çıxıblar.

Qarşılaşmanı isveçli hakimlər briqadası idarə edir. Matçın referisi Martin Strömberqsondur. Ona həmyerliləri Daniel Qustavsson, Stefan Hallberq kömək edirlər. Yohan Hamlin isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Görüşün UEFA nümayəndəsi finlandiyalı Peter Lundstrom, hakim-inspektoru isə lüksemburqlu Alan Hamerdir.

“Qarabağ” – “Seltik” matçını izləmək üçün stadiona çoxlu sayda azarkeş gəlib. Onlar əllərində klubun bayrağı ilə “Qarabağ” komandasını dəstəkləyirlər.

Qeyd edək ki, komandalar arasında Şotlandiyada keçirilən ilk oyunda Ağdam təmsilçisi minimal hesabla (0:1) məğlub olmuşdu.

Qitənin ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edən və mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulan “Qarabağ” həmin mərhələdə Monteneqronun “Rudar” komandasını yarışdan kənarlaşdırıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR