Futbol matçındakı prezervativ reklamı qalmaqal yaratdı - FOTO
Bizi izləyin

İdman

Futbol matçındakı prezervativ reklamı qalmaqal yaratdı - FOTO

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şaxtyor” (Ukrayna) və “Fənərbaxça” (Türkiyə) arasında Ukraynada keçirilən futbol matçını Türkiyə ərazisində yayan telekanalda bir prezervativ markasının reklam edilməsi FEMEN tərəfindən sərt qarşılanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, FEMEN-in lideri İnna Şevçenko markanın seks turizmini önə çıxardığın bildirib.

Ukraynadakı seks turizminə qarşı mübarizə aparan FEMEN türkiyəli bütün tərəfdarlarını bu reklamı pisləməyə çağırıb. “Ukraynadakı seks turizmi iqtisadi və ictimai baxımdan zəif milyonlarla qadını məhv edən, kişilərin ciblərini şişirən canavar bir sənayedir. Ukraynada da bütün Şərqi Avropada olduğu kimi seks turizmi siyasətçilər və şirkətlər tərəfindən yayılan, kişilərin qadınlara “sahibləndiyi”, zövq, yaxud da zənginləşmək üçün istifadə etdikləri ölümcül bir xəstəlikdir”, - FEMEN-in açıqlamasında deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm