...“Qəbələ”nin rəqibi “Sauthempton” olacaq
Bizi izləyin

İdman

...“Qəbələ”nin rəqibi “Sauthempton” olacaq

Bir neçə dəqiqədən sonra “Qarabağ” və “Qəbələ” Avropa Liqasının pley-off mərhələsindəki rəqiblərini tanıyacaq. Artıq potensial rəqiblərin adı məlumdur.

Publika.az indiki məqamda klublarımıza hansı rəqibin daha uyğun, asan olduğunu öyrənmək üçün media əhlinin fikirlərini öyrənib.

Elnur Məmmədov (İdman Azərbaycan)

“Qarabağ” üçün “Standard” və “Sent-Etyen” normal rəqibdir. Fransızlar artıq Avroliqanın qrup mərhələsində oynayıb. Və onların nəyə qadir olduğunu bilirlər. “Belçika” klubu da keçiləsi rəqibdir. “Ayaks”ın müdafiəsi indi o qədər də güclü deyil. Prinsipcə bütün rəqiblər keçiləsidir, sadəcə “Qarabağ” ötənilki oyunu göstərə bilmir.

“Qəbələ” üçün bütün rəqiblər çətindir. Əslində “Qəbələ”nin bura kimi gəlməsi böyük uğurdur. Komandadan heç kim belə nəticə gözləmirdi. “Qəbələ”nin itirəcəyi çox şeyi yoxdur. Bir qədər münasib rəqib kimi “Alkmaar” və “Krasnodar”ı qeyd etmək olar”.

Aydın Bağırov (Qol.Az)

“Hazırkı durumda "Ayaks" və "Standard" "Qarabağ" üçün münasib rəqibdir. "Qəbələ"yə gəlincə, komandamızın "Krasnodar"la düşməsini istərdim. Amma hislərim mənə deyir ki, "Qəbələ"nin rəqibi İngiltərənin "Sauthempton" klubu olacaq.

Ceyhun Əzizli (Aut.az)

“Qarabağ”a PAOK və ya “Yanq Boyz” düşsə, yaxşı olar. “Sparta” və “Panatinaikos”dan biri “Qəbələ”nin rəqibi olsa, nə isə etmək olar.

Sənan Abdullayev (Xəzər TV)

“Son yaşananları nəzərə alsaq, PAOK və "Panatinaikos"u arzulamıram. "Qarabağ"a "Sent-Etyen" və ya "Yanq Boyz", "Qəbələ"yə isə "Krasnodar" düşsə, məncə pis olmaz”.

Kənan Məstəliyev (Rekord.az)

Nisbətən zəif rəqiblər “Qarabağ”a düşüb. Hər iki komanda üçün heç bir fərqi yoxdur. “Qarabağ” üçün ona görə fərqi yoxdur ki, komandamız o rəqiblərin hər birini keçəcək gücdədir. “Qəbələ üçün fərqi ona görə yoxdur ki, o kopmandaların hər biri bölgə klubumuzdan güclüdür. “Qarabağ” keçməyə borcludur, “Qəbələ” isə qrupa düşmək üçün qəhrəmanlıq etməlidir.

İlkin Xəlilov (ATV)

“Qəbələ” avrokuboklarda cəmi 2 ildir mübarizəyə başladığından reytinqi hələ aşağıdır. Ona görə təbii ki, güclü rəqiblərlə düşəcək. Potensial rəqiblərin hamısı “Qəbələ”dən səviyyəcə üstün komandalardır. Nisbətən Rusiyanın “Krasnodar” klubunu münasib sayıram. Həm “Qəbələ”nin üslubuna yaxın futbol oynayırlar, həm də istənilən halda postsovet məkanının klubudur, bizim komandaların bu cür rəqiblərlə oyunu alınır.

“Qarabağ” isə potensial rəqiblərin hər biriylə mübarizə aparacaq gücdədir. Hərçənd ötən mövsümkü “Qarabağ” daha güclü idi. Belçikanın “Standard” və ya Yunanıstandakı böhranı nəzərə alsaq, PAOK klubu rəqibimiz olsa, məncə “Qarabağ” üçün daha yaxşıdır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm