Təmsilçimiz: "Yaxşı nəticələr üçün çalışacam"
Bizi izləyin

İdman

Təmsilçimiz: "Yaxşı nəticələr üçün çalışacam"

Hal-hazırda böyük qürur hissi keçirirəm ki, yığmamızı Dünya Kubokunda təmsil edirəm.

Bu barədə Axar.az-a açıqlamasında Qəbələdə keçirilən atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarında Azərbaycanı təmsil edən Paşa Əhədpur deyib. O, yaxşı nəticələr əldə etmək üçün çalışacağını bildirib:

“Mən iki ildir ki, atıcılıq üzrə Azərbaycan yığmasını təmsil edirəm. Hal-hazırda böyük qürur hissi keçirirəm ki, yığmamızı Dünya Kubokunda təmsil edirəm. Bu elə bir idman növüdür ki, saniyədən də az bir zaman ərzində hər bir nəticə və gedişat dəyişə bilər. Heç bir idmançı deyə bilməz ki, sabah birinciyəm və ya, sabah artıq oyundan kənardayam. Təbii ki, şansım var və yaxşı nəticələr üçün çalışacam".

O, Azərbaycan gənclərinə də səslənib:

“Mən hər şeydən öncə başda cənab prezident ilham Əliyev olmaqla, bütün xalqıma bu fantastik formada təşkil olunmuş yarış üçün təşəkkür etmək istəyirəm. Azərbaycan gənclərinə səslənirəm. İdmanı sevin və bilin ki, idmana olan diqqət heç yerdə bizim ölkəmizdəki kimi deyil. Bunu dünyanın bir çox ölkələri gəzmiş biri kimi deyirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm