Avropa Liqası: İspaniyanın ən güclü klubu Slovakiyada büdrədi
Bizi izləyin

İdman

Avropa Liqası: İspaniyanın ən güclü klubu Slovakiyada büdrədi

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib. Bu mərhələdə 22 oyun baş tutub.

Publika.az xəbər verir ki, günün ən maraqlı oyunlarından biri Kiprdə keçirilib. Burada Türkiyə təmsilçisi "Fənərbaxça" yerli "Atromitos"la qarşılaşıb. İstanbul təmsilçisi prinsipial oyunda matçın 90-cı dəqiqəsində yeni transferi Robin van Persinin qoluyla qalib gəlib.

"Borussiya" (Dortmund) isə "Odd"la səfər oyununda azarkeşlərinə ikili hisslər yaşadıb. Belə ki, "sarı-qaralar" matçın ilk 22 dəqiqəsindən sonra gözlənilmədən 0:3 hesabıyla geridə olsa da, matçın sonuna kimi 4 qol vuraraq möhtəşəm "kambek"ə imza atıblar.

Bu mərhələdə iki təmsilçimiz də iştirak edib. "Qəbələ" evdə "Panatinaikos"la qolsuz bərabərə qalıb. "Qarabağ" isə səfərdə "Yanq Boyz"a 1:0 hesabıyla qalib gələrək, qrup mərhələsinə vəsiqə qazanmaq uğrunda böyük üstünlük əldə edib.

Avropa Liqası, pley-off mərhələsi

20 avqust

Dinamo (Belarus) - Zalsburq (Avstriya) 2:0

Rassadkin, 57. Adamoviç, 93.

Astra (Rumıniya) - Alkmaar (Hollandiya) 3:2

Boldrin, 25. Alibek, 40. Dandea, 48 - Hupperts, 11. Yanssen, 13.

Qəbələ (Azərbaycan) - Panatinaikos (Yunanıstan) 0:0

Sparta (Çexiya) - Tyun (İsveçrə) 3:1

Kosta, 43. Dokal, 45; 94 - Sutter, 5.

Zarya (Ukrayna) - Legiya (Polşa) 0:1

Kuçarçik, 48.

Slovan (Çexiya) - Hayduk (Xorvatiya) 1:0

Pokorni, 79.

Ayaks (Hollandiya) - Yablonets (Çexiya) 1:0

Milik, 54-p.

Molde (Norveç) - Standard (Belçika) 2:0

Hoyland, 24. Elyunusi, 28.

PAOK (Yunanıstan) - Brondbü (Danimarka) 5:0

Mak, 17; 80; 82. Pelkas, 36. Rodriqes, 51.

Krasnodar (Rusiya) - HİK (Finlandiya) 5:1

Oyala, 8-a/q. Mamayev, 10-p. Smolov, 57-p. Vanderson, 62. Qazinski, 64 - Yallou, 18.

Milsami (Moldova) - Sent-Etyen (Fransa) 1:1

Bud, 56 - Hamuma, 40.

Rabotniçki (Makedoniya) - Rubin (Rusiya) 1:1

Ristevski, 86 - Karadeniz, 69.

Yanq Boyz (İsveçrə) - Qarabağ (Azərbaycan) 0:1

Almeyda, 67.

Atromitos (Kipr) - Fənərbaxça (Türkiyə) 0:1

Van Persi, 90.

Styaua (Rumıniya) - Rusenburq (Norveç) 0:3

Mikkelsen, 61. Helland, 67. Yensen, 93.

Jilina (Slovakiya) - Atletik (İspaniya) 3:2

Paur, 65. Vilyam, 77; 94 - Merino, 16. Kike Sola, 33.

Altax (Avstriya) - Belenenseş (Portuqaliya) 0:1

Tyaqo Kaeyro, 13.

Bordo (Fransa) - Kayrat (Qazaxıstan) 1:0

Kazri, 27.

Odd (Norveç) - Borussiya (Dortmund, Almaniya) 3:4

Samuelsen, 1. Nordkvelle, 20. Ruud, 22 - Obameyanq, 34; 76. Kaqava, 47. Mxitaryan, 84.

Viktoriya (Plzen, Çexiya) - Voyvodina (Serbiya) 3:0

Kopic, 25; 82. Vanek, 51.

Sautqempton (İngiltərə) - Midtyulland (Danimarka) 1:1

Rodriqes, 56-p - Sparv, 45.

Lex (Polşa) - Videoton (Macarıstan) 3:0

Linetti, 11. Daniloviç, 57-avtoqol. Tralka, 68.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm