Bakı Olimpiya Stadionunun qazonu dəyişdirilir
Bizi izləyin

İdman

Bakı Olimpiya Stadionunun qazonu dəyişdirilir

AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-nın Bakı Olimpiya Stadionuna baxış keçirməsi ilə əlaqədar açıqlama verib.

Publika.az xəbər verir ki, E.Məmmədov Avropa Oyunlarından sonra Gənclər və İdman Nazirliyində iclas keçirildiyini vurğulayıb:

“İclasda hazırlıq planı tərtib edildi. Bildiyiniz kimi, UEFA stadionumuza müvafiq kateqoriya verməlidir. Onlar arenaya baxış keçirdikdən sonra çatışmayan cəhətləri bizə bildirdilər. Çatışmazlıqlardan biri ot örtüyüdür ki, bunu da bilirdik. Çünki Avropa Oyunlarının bağlanış mərasimindən sonra qazonun dəyişdirilməsi mütləq idi”.

E.Məmmədov qeyd edib ki, artıq dünəndən etibarən stadiona yeni qazon quraşdırılır: “Bundan başqa, soyunub-geyinmə otağına da lazımi mebellər alınmalıdır. Həmin mebellər də sifariş olunub. UEFA-nın növbəti baxışına qədər hər şey qaydasında olacaq”.

AFFA rəsmisinin sözlərinə görə, UEFA nümayəndələrinin stadiona növbəti baxışı böyük ehtimalla sentyabrın 5-20-i aralağında baş tutacaq: “Biz öhdəlikləri üzərimizə götürmüşük və həmin vaxta qədər bütün çatışmazlıqlar aradan qaldırılacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm