"Fənərbaxça"dakı yetirməmiz het-trik etdi
Bizi izləyin

İdman

"Fənərbaxça"dakı yetirməmiz het-trik etdi

"Fənərbaxça"da çıxış edən futbolçumuz Turan Vəlizadə ilk oyununu keçirib. Vəlizadə "Karaşehirspor"la keçirilən yoxlama görüşündə meydana çıxıb.

Oyunun sonuna 10 dəqiqə qalmış forma geyinmək şansı əldə edən "Əlincə"mizin yetirməsi bu qısa müddət ərzində 3 dəfə rəqib qapısının torunu silkələyib. Futbolçumuzun sərgilədiyi gözəl oyun onu matçın ən yaxşısı edib.

Xatıradaq ki, Turan Vəlizadəni "Fənərbaxça"dan əlavə "Qalatasaray" və "Beşiktaş" klubları da öz heyətlərinə qatmaq üçün klubumuza təklif göndərmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm