Qəhrəman danışdı: “Qəbələ”ni Avropada tanıtmaq vaxtıdır”
Bizi izləyin

İdman

Qəhrəman danışdı: “Qəbələ”ni Avropada tanıtmaq vaxtıdır”

Avropa Liqasının pley-off mərhələsində səfərdə “Panatinaikos”la heç-heçə edən (2:2) “Qəbələ” turnirin qrup mərhələsinə vəsiqə qazandı.

Publika.az xəbər verir ki, hər iki qolun müəllifi olan Dodo oyundan sonra tarixi uğurla bağlı açıqlama verib:

“Oyundan əvvəl yüksək səviyyədə qələbəyə köklənməyə çalışırdıq. Mən və komanda yoldaşlarım ancaq bir hədəf haqqında düşünürdük. Çünki bu qarşılaşmanın "Qəbələ" üçün necə əhəmiyyətli olduğunu bilirdik. Uğurlu nəticə üçün ürəyimizi qoyduq. Bizi növbəti mərhələyə çıxaracaq istənilən hesab uğur sayılacaqdı. Artıq "Qəbələ"ni Avropada tanıtmaq vaxtıdır. Özümü qəhrəman saymıram.

Bu oyunda meydanda təkcə mən oynamamışam. Rikardinyo gözəl ötürmə etməsəydi, mən də qol vura bilməzdim. Biz bu nəticəni birlikdə qazanmışıq. Müdafiənin diqqətli oyununu da qeyd etmək lazımdı. Son 10 dəqiqə xüsusiylə hər iki komandanın oyunçuları üçün həyəcanlı keçdi. Onlar ardıcıl hücumlar edirdilər və bu, müəyyən mənada bizim üçün yaxşı oldu. Mən də həmin dəqiqələrdə qol vurmaq imkanı qazanmışdım. Hər kəs istəyər ki, qol vursun, komandasına fayda versin. Amma bu istəyə heç də həmişə çatmaq olmur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm