Prosineçki: “Azərbaycan futbolu üçün önəmli hadisədir”
Bizi izləyin

İdman

Prosineçki: “Azərbaycan futbolu üçün önəmli hadisədir”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış “Qarabağ” və “Qəbələ” klublarını təbrik edib.

Publika.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis hər iki kluba uğurlu nəticə münasibətilə təbriklərini çatdırıb.

O bildirib ki, iki klubun qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolu üçün önəmli hadisədir:

“Ümid edirəm ki, klubların əldə etdiyi nəticə Azərbaycan milli komandasının da uğurlu çıxışına müsbət təsir göstərəcək. Bugünkü püşkatmanı böyük həvəs və maraqla gözləyirəm. “Qarabağ” və “Qəbələ”yə qrup mərhələsində uğurlar arzulayıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm