Respublika stadionunun ot örtüyü saz vəziyyətə gətirildi
Bizi izləyin

İdman

Respublika stadionunun ot örtüyü saz vəziyyətə gətirildi

Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü normal vəziyyətə gətirilib.

Publika.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova açıqlama verib.

Onun sözlərinə görə, “Qarabağ” və “Yanq Boyz” qarşılaşmasından sonra stadionun ot örtüyünə baxış keçirilib və yararsız hala düşən qazon bərpa edilib:

“Stadionda mütəmadi bərpa işləri aparılır. Sonuncu oyundan sonra stadionun ot örtüyünün bərpası üçün bir sıra işlər görülüb. Hazırda ot örtüyü normal vəziyyətdədir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm