“Qəbələ”nin rəqibi ciddi itkiylə üzləşdi
Bizi izləyin

İdman

“Qəbələ”nin rəqibi ciddi itkiylə üzləşdi

Sabah Avropa Liqasının ilk oyununda "Qəbələ"ylə qarşılaşacaq PAOK-un (Yunanıstan) heyətində ciddi itki var.

Publika.az xəbər verir ki, yunanların əsas heyət üzvü və ən vacib futbolçularından olan alban dayaq yarımmüdafiəçisi Erqiz Kaçe zədələnib.

PAOK-un Yunanıstanda keçirdiyi son məşqində topuğundan zədə alan futbolçu Bakıya da gələ bilməyib. Baş məşqçi İqor Tudor ona istirahət verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm