Messi və Ronaldodan dünyaya Suriya çağırışı
Bizi izləyin

İdman

Messi və Ronaldodan dünyaya Suriya çağırışı

Messi və Ronaldodan dünyaya Suriya çağırışı

Dünyanın iki ulduz futbolşusu Kristiano Ronaldo və Lionel Messi sosial şəbəkələr vasitəsilə başlatdıqları kampaniya ilə Suriyada müharibədən əziyyət çəkən uşaqlara yardım ediblər.

Publika.az xəbər verir ki, Kristiano Ronaldo Tvitter səhifəsində onun formasının geyinmiş suriyalı Əhməd adlı uşağın fotosunu paylaşıb. Ronaldo fotonun altına yazdığı şərhdə, “Əhmədin 16 yaşı var. Suriyalı qaçqındır.

Futbolçu olmaq istəyir. Mən də “Uşaqları qoruyun” təşkilatı ilə birlikdə suriyalı uşaqların yanındayam” yazıb. Ronaldodan sonra “Barselona”nın ulduzu Lionel Messi də facebook səhifəsində yazıdğı mesajda təqibçilərindən suriyalı uşaqlar üçün dəstək istəyib.

“Suriyalı uşaqların əzab çəkməsinə icazə verməyin” yazan Messi şərhinin altından dünyanın ən böyük imzatoplama kampaniyası olan “Change.org” saytında açılan və dünya liderlərini suriyalı uşaqlara yardım etməyə çağıran kampaniyanın linkini paylaşıb.

Messi və Ronaldonun mesajları bir neçə saat ərzində milyonlarla insan tərəfindən paylaşılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm