Məktəbdən sonra oğlanlarla pul üçün döyüşən qızcığaz
Bizi izləyin

İdman

Məktəbdən sonra oğlanlarla pul üçün döyüşən qızcığaz

Bu gün dünyanın ən güclü MMA qadın döyüşçülərindən hesab olunan Ronda Rouz rinqdə rəqib tanımır.

Publika.az xəbər verir ki, 12 dəfə rinqə çıxan və hamısında da vaxtından əvvəl qələbəni təmin edən amerikalı qızcığaz, sən demə, elə uşaqlıqdan davakar olub. Özü də əvvəllər kişiləri də döyürmüş. Rouzi bu haqda ABŞ mətbuatına açıqlamasında deyib:

“Mən və dostum Cek dərsdən sonra Los-Anceles sahillərinə gedirdik. Bir dəfə o, oğlanlarla mərc etdi: “Bu qız burda, bu dəqiqə hər birinizi döyə bilər. İnanmırsızsa, 10 dollardan mərc edək”. Oğlanlardan biri razılaşdı. Onu yerə sərdim və təslim olmağa məcbur etdim. Pulumuzu alıb getdik frapuççino (soyuq kofe) içməyə. Bu, mənim ilk peşəkar döyüşüm olub”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm