Almaniya – İngiltərə qarşıdurması nə ilə nəticələnəcək?
Bizi izləyin

İdman

Almaniya – İngiltərə qarşıdurması nə ilə nəticələnəcək?

Bu gün Çempionlar Liqasının A, B, C və D qruplarında 2-ci turun oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, günün ilk oyunu Astanada baş tutacaq. Burada yerli "Astana" "Qalatasaray"ı qəbul edəcək. Hər iki klub Çempionlar Liqasının qrup mərhələsinə uğursuz start verib. Qazaxlar səfərdə "Benfika"ya, "Aslanlar" isə evdə Madrid "Atletiko"suna eyni hesabla məğlub olublar - 0:2.

C qrupunda keçiriləcək digər oyunda qrupun favoritləri - "Benfika" və "Atletiko" Madriddə münasibətlərinə aydınlıq gətirəcəklər.

Günün digər maraqla gözlənilən oyunu isə Mançesterdə olacaq. Birillik fasilədən sonra qatıldığı Çempionlar Liqasının qrup mərhələsinə məğlubiyyətlə start verən "Mançester Yunayted" "Volfsburq"u qəbul edəcək.

Turnirin son finalçısı "Yuventus" isə evdə "Sevilya"nı qəbul edəcək. Hər iki klub son vaxtlar yaxşı günlərini yaşamır. Belə ki, həm "Qoca sinyora", həm də "Sevilya" ölkə çempionatında turnir cədvəlinin aşağı pillələrində qərarlaşıblar. Buna baxmayaraq, Çempionlar Liqasının cari mövsümünə qələbəylə başlayan komandalar ölkə çempionatındakı uğursuzuğu qitənin ən nüfuzlu klub turnirindəki qələbəylə sığortalamaq niyyətindədilər.

A qrupunda "Real" İsveçdə "Malmö"nün qonağı olacaq. "Kral klubu"nun ilk turda darmadağın etdiyi "Şaxtyor" isə Ukraynada Fransa PSJ-sini qəbul edəcək.

Çempionlar Liqası. Qrup mərhələsi, 2-ci tur

A qrupu

23:45 Malmö (İsveç) - Real (İspaniya)

Cəzalı: yoxdu.

Zədəli: Abner, Qaret Beyl, Danilo, Xames Rodriqes, Pepe, Serxio Ramos (hamısı "Real"), Rasmus Benqsston, Gilyermo Molins (şübhəli, hər ikisi "Malmö").

Baş hakim: Cüneyt Çakır (Türkiyə).

Yer: Malmö. "Malmö" stadionu.

23:45 Şaxtyor (Ukrayna) - PSJ (Fransa)

Cəzalı: Taras Stepanenko (Şaxtyor).

Zədəli: yoxdu.

Baş hakim: Dəniz Aytəkin (Almaniya).

Yer: Lvov. "Arena Lvov" stadionu.

B qrupu

23:45 Mançester Yunayted (İngiltərə) - Volfsburq (Almaniya)

Cəzalı: yoxdu.

Zədəli: Nik Pouel, Markos Roxo, Bastian Şvaynştayger, Luk Şou (hamısı "Mançester Yunayted"), Peddi Makneyr (şübhəli, "Mançester Yunayted"), Robin Knoxe, Vyerinya (hər ikisi "Volfsburq"), Koen Kasteels, Luis Qustavo (şübhəli, hər ikisi "Volfsburq").

Baş hakim: Viktor Kassai (Macarıstan).

Yer: Mançester. "Old Trafford" stadionu.

23:45 ÇSKA (Rusiya) - PSV (Hollandiya)

Cəzalı: yoxdu.

Zədəli: Luk De Yonq, Florian Yozefson, Menno Kox, Yetro Villems (hamısı PSV), İqor Akinfeyev, Roman Yeremenko, Vasili Berezutski (şübhəli, hamısı ÇSKA).

Baş hakim: Ruddi Buke (Fransa).

Yer: Moskva. "Ximki Arena" stadionu.

C qrupu

21:00 Astana (Qazaxıstan) - Qalatasaray (Türkiyə)

Cəzalı: Patrik Tvumasi (Astana).

Zədəli: Burak Yılmaz, Həmit Altıntop (hər ikisi "Qalatasaray").

Baş hakim: Martin Stromberqsson (İsveç).

Yer: Astana. "Astana Arena" stadionu.

23:45 Atletiko M (İspaniya) - Benfika (Portuqaliya)

Cəzalı: yoxdu.

Zədəli: Koke, Oliver Torres (hər ikisi "Atletiko").

Baş hakim: Canluka Rokki (İtaliya).

Yer: Madrid. "Visente Kalderon" stadionu.

D qrupu

23:45 Borussiya M (Almaniya) - Mançester Siti (İngiltərə)

Cəzalı: yoxdu.

Zədəli: Martin Ştrantsl, (Borussiya M), Qael Klişi, Fabian Delf (hər ikisi "Mançester Siti"), Vilfred Boni, Co Hart, Vinsent Kompani, Elyakim Manqala, David Silva, Yaya Ture (şübhəli, hamısı "Mançester Siti").

Baş hakim: Klement Turpin (Fransa).

Yer: Münhenqladbax. "Borussiya Park" stadionu.

23:45 Yuventus (İtaliya) - Sevilya (İspaniya)

Cəzalı: yoxdu.

Zədəli: Martin Kaseres, Sami Kxedira, Stefan Lixtştayner, Mario Mancukiç, Klaudio Markizio, Stefano Sturaro (hamısı "Yuventus"), Ever Baneqa, Daniel Karrizo, Serxio Eskudero, Qael Kakuta, Fernando Llorente, Adel Rami, Vitolo (hamısı "Sevilya").

Baş hakim: Yonas Eriksson (İsveç).

Yer: Turin. "Yuventus" stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm