“Qəbələ” “Xəzər Lənkəran”a rəqib oldu
Bizi izləyin

İdman

“Qəbələ” “Xəzər Lənkəran”a rəqib oldu

“Qəbələ” “Xəzər Lənkəran”a rəqib oldu

Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları keçirilir.

Publika.az xəbər verir ki, artıq 3 oyun başa çatıb. İki oyunun nəticəsi barədə məlumat vermişik. Günün 3-cü qarşılaşmasında Premyer Liqanın lideri "Qarabağ" 3-cü yerdə gedən "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirdi. Komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatmışdı. Təkrar görüşdə 2:1 hesabı ilə qalib gələn “Qəbələ” yarımfinalda “Xəzər Lənkəran”a rəqib oldu.

Qarabağ - Qəbələ 1:2

Qollar: Reynaldo Silva, 61 - Daniel Subotiç, 45+1. Viktor Mendi, 82.

Qarabağ: 13. İbrahim Sehiç, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov (k), 10. Muarem Muarem, 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 9. Reynaldo Silva, 11. Ulriş Kapolonqo, 18. İlqar Qurbanov, 19. Jaba Dvali, 70. Çumbinyo.

Baş məşqçi: Qurban Qurbanov.

Qəbələ: 30. Anar Nəzirov, 6. Vladimir Levin (k), 7. Marat İzmaylov, 9. Viktor Mendi, 10. Dodo, 14. Lorenzo Ebesilio, 16. Ruslan Tağızadə, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 46. Davron Erqaşov, 88. Müşfiq Teymurov.

Ehtiyat oyunçular: 27. David Pietrzkeviç, 2. Rail Məlikov, 8. Nizami Hacıyev, 19. Abdulvahid Afolabi, 22. Lourival Assis, 34. Ürfan Abbasov, 42. Leonardo da Silva.

Baş məşqçi: Yuri Syomin.

Hakimlər: Rəhim Həsənov, Elşən Acalov, Rza Məmmədov, Mahir Məmmədov.

Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Vüsal Əliyev.

AFFA nümayəndəsi: Telman Əzizov.

Hakim-inspektor: Məlik Həsənov.

Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17.00.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm