İdman
"Şeytan" qisasını aldı, "Zenit" qələbə qazansa da...
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Bu gecə 1/4 finalın son iki iştirakçısı müəyyənləşib.
Ən önəmli qarşılaşma Mançesterdə baş tutub. İngiltərənin ən böyük klublarından biri olan "Mançester Yunayted" Yunanıstan futbolunun flaqmanı "Olimpiakos"u qəbul edib. Komandalar arasında ilk matçda yunanlar 2:0 hesablı qələbə qazandığından, "qırmızı şeytanlar" "Old Trafford"da 3 top fərqi ilə qalib gəlməli idi. Premyer Liqada uğursuz çıxış edən David Moyesin yetirmələri Çempionlar Liqasında lazım olan hesablı qələbəni qazanıb - 3:0. 25-ci dəqiqədə penaltidən hesabı açan Robin van Persi ilk yarının son saniyyələrində fərqi artırıb. Holland ulduh 52-ci dəqiqədə "Mançester Yunayted"i 1/4 finala çıxaran qola imza atıb.
Digər matçda isə Dortmund "Borussiya"sı "Zenit"i qəbul edib. Tərəflər arasında Sank-Peterburqda baş tutan ilk matçda almanlar 4:2 hesablı qələbə qazanmışdı Bu səbəbdən "Zenit"in demək olar ki, 1/4 finala çıxmaq şansı yox idi. Buna baxmayaraq Rusiya təmsilçisi sonadək mübarizə aparıb, hətta qələbə də qazanıb - 2:1. Hesabı 16-cı dəqiqədə "Zenit"dən Halk açıb. 38-ci dəqiqədə Sebastian Kehl bərabərliyi təmin edib. 73-cü dəqiqədə isə Salamon Rondon matçın yekun hesabını müəyyənləşdirib. Lakin bu qələbə "Zenit"in mərhələ adlaması üçün yetərli olmayıb.
Qeyd edək ki, 1/4 finalın 6 iştirakçısı bundan əvvəl müəyyənləşib. "Barselona" "Mançester Siti"ni (2:0, 2:1), PSJ "Bayer"i (4:0, 2:1), "Bavariya" "Arsenal"ı (2:0, 1:1), "Atletiko" "Milan"ı (1:0, 4:1), "Çelsi" "Qalatasaray"ı (1:1, 2:0), "Real" isə "Şalke 04"ü (6:1, 3:1) mübarizədən kənarlaşdırıb.
Çempionlar Liqası
1/8 final
Cavab oyunları
19 mart
Mançester Yunayted (İngiltərə) - Olimpiakos (Yunanıstan) 3:0
Qollar: Robin van Persi, 25-pen; 45+1; 52.
Mançester Yunayted: David De Gea, Rafael, Patrik Evra, Pil Yones, Rio Ferdinand, Rayan Giqqz, Mixael Karrik, Luis Antonio Valensiya (Eşli Younq, 77), Ueyn Runi, Danni Velbek (Darren Fletçer, 82), Robin van Persi (Marouane Fellaini, 90+1).
Ehtiyat oyunçular: Anders Lindeqaard, Şinji Kaqava, Adnan Canuzay, Xavyer Hernandez.
Baş məşqçi: David Moyes.
Olimpiakos: Roberto, İoannis Maniatis, Joze Holebas, Konstantinos Manolas, İvan Markano, Leandro Salino (Paulo Maçado, 74), Delvin Ndinqa, Ernan Peres (Nelson Haedo Valdes, 57), David Fuster (Nikolaos Verqos, 82), Coel Kempbell, Alexandro Dominges.
Ehtiyat oyunçular: Balaş Meqyeri, Avraam Papadopulos, Qaetan Bonq, Andreas Samaris.
Baş məşqçi: Mişel.
Sarı vərəqələr: Mixael Karrik, 10. Patrik Evra, 61. Rio Ferdinand, 90+1 - Konstantinos Manolas, 6. Alexandro Dominges, 10. Leandro Salino, 62. İvan Markano, 90+1.
Baş hakim: Byorn Kuypers (Hollandiya).
Mançester. "Old Trafford" stadionu.
Borussiya (Dortmund, Almaniya) - Zenit (Rusiya) 1:2
Qollar: Sebastian Kehl, 38 - Halk, 16. Salamon Rondon, 73.
Borussiya: Roman Veydenfeller, Mats Hummels, Sokratis Papastatopulos, Marsel Şmelzer (Erik Durm, 77), Lukaş Pişçek, Sebastian Kehl, Nuri Şahin, Kevin Qrosskreuts, Robert Levandovski, Henrik Mkitaryan (Miloş Jojiç, 69), Pierre-Emerik Aubameyanq (Jonas Hofmann, 90+1).
Ehtiyat oyunçular: Mitçell Lanqerak, Manuel Friedrix, Oliver Kirç, Julian Şkyeber.
Baş məşqçi: Yurgen Klopp.Zenit: Viatçeslav Malafeyev, Domeniko Kriskito, Nikolas Lombaerts (Luis Neto, 46), Tomas Hubokan, Aleksander Anyukov, Oleq Şatov, Viktor Fayzulin (İqor Smolnikov, 84), Aksel Vitsel, Halk, Danni, Aleksandr Kerjakov (Salamon Rondon, 62).
Ehtiyat oyunçular: Yuri Lodigin, Aleksandar Lukoviç, Konstantin Zıryanov, Anatoli Timoşçuk.
Baş məşqçi: Sergey Semak.
Sarı vərəqələr: Robert Levandovski, 18. Sebastian Kehl, 55. Miloş Jojiç, 75 - Nikolas Lombaerts, 23.
Baş hakim: Alberto Undiano Mallenko (İspaniya).
"Signal Iduna Park" stadionu.
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə10 May 20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA