"El Klasiko" İspaniyanı qarışdırdı
Bizi izləyin

İdman

"El Klasiko" İspaniyanı qarışdırdı

"El Klasiko" İspaniyanı qarışdırdı

Futbol üzrə İspaniya çempionatında 29-cu turun növbəti görüşləri keçirilib. Publika.az xəbər verir ki, üçüncü oyun günündə daha 4 görüş baş tutub.

"Osasuna" evdə "Sevilya"ya, "Betis" isə "Atletiko"ya məğlub olub. "Valensiya" "Vilyarreal"a qalib gəlib. Bütün dünyanın maraqla gözlədiyi "Real" - "Barselona" görüşündə isə Kataloniya təmsilçisi qələbə qazanıb. "Real"ın məğlubiyyəıtindən sonra "Atletiko" liderliyə yüksəlib. 3-cü pillədə olan "Barsa"nı "Real"da cəmisi 1 xal ayırır. Bu isə o deməkdir ki, İspaniyada çempionluq mübarizəsi yenidən gərginliyin pik həddinə yüksəlib.

Tura bu gün keçiriləcək bir oyunla yekun vurulacaq.

İspaniya La Liqası

29-cu tur

21 mart

Selta - Malaqa - 0:2

Qollar: Kamaço, 24; 32.

22 mart

Qranada - Elçe - 1:0

Qol: Brahimi, 64.

Espanyol - Levante - 0:0

Valyadolid - Rayo Valyekano - 1:1

Qollar: Kastro, 8 - Bueno, 45.

Atletik - Xetafe - 1:0

Qol: Laskurain, 31.

23 mart

Osasuna - Sevilya - 1:2

Qollar: Açuna, 90 - Jario, 27, Bakka, 45-pen.

Betis - Atletiko - 0:2

Qollar: Qabi, 58, D.Kosta, 64.

Valensiya - Vilyarreal - 2:1

Qollar: Fueqo, 35; 44 - Dos Santos, 83.

Real - Barselona - 3:4

Qollar: Benzema, 20; 24, Ronaldo, 55-pen - İnyesta, 7, Messi, 42; 65-pen; 84-pen.

24 mart

01:00. Almeriya - Real Sosyedad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm