Gənc futbolçunu ildırım vurdu
Bizi izləyin

İdman

Gənc futbolçunu ildırım vurdu

Avstraliyalı futbolçu Stefan Petrovski vəfat edib.

Publika.az xəbər verir ki, “Melaka United” klubunun 18 yaşlı qapıçısı təxminən 1 ay öncə ildırım vurması nəticəsində komaya düşüb. Lakin 1 ay komada qalan futbolçunu xilas etmək mümkün olmayıb. O, dünyasını dəyişib.

Xatırladaq ki, aprelin 5-də Stefan Petrovski və 21 yaşlı müdafiəçi Muhd Afik Azuanı məşq zamanı ildırım vurub. Azuan yüngül xəsarət alıb, Petrovski isə huşunu itirib. Hər 2 futbolçu xəstəxanaya yerləşdirilib. Komaya düşən Petrovski intensiv terapiya palatasına yerləşdirilib. Vəziyyətinin stabil olduğu barədə məlumat verilsə də, o, süni ağciyər ventilyasiyası aparatına qoşulub. Hazırda Azuanın vəziyyəti stabil olaraq qiymətləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm