“Böyük Dəbilqə”nin püşkü atıldı
Bizi izləyin

İdman

“Böyük Dəbilqə”nin püşkü atıldı

Bakıda keçiriləcək cüdo üzrə "Böyük dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycanı təmsil edəcək 27 kişi və 3 qadın cüdoçunun ilk rəqibləri püşk nəticəsində müəyyənləşib. İlk yarış günündə 10 idmançı mübarizəyə qoşulacaq.

60 kq çəki dərəcəsində Avropa vitse-çempionu Orxan Səfərov mübarizəyə 1/32 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi Yaponiya idmançısı Ryuju Naqayama olacaq. İlqar Müşkiyev Nuno Karvalyo (Portuqaliya) - Bekir Özlü (Türkiyə) cütünün qalibi ilə, Vüqar Şirinli Yuho Reynvall (Finlandiya) - Eşli Mkkenzye (Böyük Britaniya) cütünün qalibi ilə, Elbrus Zamanov isə israilli Artyom Arşanski ilə üz-üzə gələcək. Adıçəkilən bütün idmançılar mübarizəyə 1/32 finaldan qoşulacaq.

66 kq çəkidə Orxan Əsgərzadə 1/32 finalda gürcüstanlı Vaja Marqvelaşvili ilə, Tərlan Kərimov polşalı Aleksandr Beta ilə, Famil Məmmədzadə belçikalı Kennet Van Qansbek və sloveniyalı Adrian Qombos cütünün güclüsü ilə, İskəndər Talışinski 1/32 finalda Çia Hunq Çyen (Tayvan) - Andraz Jereb (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq.

Qadınların yarışında 48 kq çəkidəki Şəfəq Məmmədova 1/16 finalda Türkiyə idmançısı Dilara Lokmanhekimlər, Aişə Qurbanlı isə 1/32 finalda italiyalı Valentina Moskattla görüşəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm