İdman
Gözümüz orda, qulağımız səsdə - Azərbaycan üçün son şans
Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının qrup mərhələsində son oyununa çıxacaq.
Publika.az xəbər verir ki, Təbriz Həsənovun rəhbərlik etdiyi komanda A qrupunun sonuncusu Şotlandiya ilə qarşılaşacaq.
"Bakcell Arena"da keçirilək görüşün baş hakimi norveçli Sveyn-Erik Edvartsen olacaq. Millinin ilk oyunda Portuqaliyaya məğlub olmasına (0:5), ardınca Belçika yığması ilə sülh bağlamasına (1:1) baxmayaraq, qrupdan çıxmaq şansı var. Bunun üçün T.Həsənovun komandası Şotlandiyanı böyük hesabla məğlub etməli, qrupun digər oyununda isə Portuqaliya yığması Belçikaya böyük fərqlə qalib gəlməlidir. Əks təqdirdə, Azərbaycan millisi çıxışını başa vuracaq.
Şotlandiya ilə oyunda məğlubiyyət qeydə alınmayacağı təqdirdə Azərbaycan qrupda 3-cü yeri tutacaq.
Günün digər oyunları isə B qrupunda keçiriləcək. Bosniya və Herseqovina Ukraynanı, Almaniya isə Avstriyanı sınağa çəkəcək.
AÇ-2016 (U-17)
11 may
A qrupu
16:00 Şotlandiya - Azərbaycan
Baş hakim: Sveyn-Erik Edvartsen
"Bakcell Arena"
16:00 Portuqaliya - Belçika
Baş hakim: Ville Nevalaynen (Finlandiya)
"Dalğa Arena"
B qrupu
19:15 Bosniya və Herseqovina - Ukrayna
"Bakcell Arena"
19:15 Almaniya - Avstriya
"Dalğa Arena"
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."