Olimpiadanın baş hakimi azərbaycanlı olacaq
Bizi izləyin

İdman

Olimpiadanın baş hakimi azərbaycanlı olacaq

Bakıda keçiriləcək 42-ci Ümümdünya Şahmat Olimpiadasının baş hakimi müəyyənləşib.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu, Faiq Həsənovdur.

Ümumilikdə olimpiada vaxtı 200-dək hakim partiyalara nəzarət edəcək. Baş hakimin köməkçiləri Anastasiya Sorokina və Mahdi Abdulrahim olacaq.

FİDE Hakimlər Komissiyasının sədri Takis Nikolopoulos isə turnirin direktoru təyin olunub.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası 1-14 sentyabrda keçiriləcək. Azərbaycanda ilk dəfə baş tutacaq mötəbər yarış "Crystal Hall"da təşkil olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm