“Masters” turnirində 9 cüdoçumuz yarışacaq
Bizi izləyin

İdman

“Masters” turnirində 9 cüdoçumuz yarışacaq

Cüdo üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Publika.az xəbər verir ki, Rio Olimpiadasına lisenziya xarakterli sonuncu yarış – “Masters” turnirində idmançılarımızın sayı artırılıb.

Belə ki, reqlamentə əsasən reytinqdə ilk “16-lıq”da olanların mübarizəsinə daha 4 cüdoçumuz qatılacaq. Bunlar Məhəmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (100 kq), Uşanqi Kokauri (+100 kq) və Aişə Qurbanlıdır (48 kq).

Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq) və Elmar Qasımovun (100 kq) Olimpiya tsikilinin son turnirində iştirakı əvvəlcədən dəqiqləşmişdi.

Qeyd edək ki, mayın 27-29-da Meksikanın Qvadalaxara şəhərində keçiriləcək turnirə ümumilikdə 62 ölkədən 316 idmançı qatılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm