“Qarabağ”ın qapıçısı İspaniya yığmasına qarşı
Bizi izləyin

İdman

“Qarabağ”ın qapıçısı İspaniya yığmasına qarşı

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisinə çağırılıb.

Publika.az xəbər verir ki, balkanlıların baş məşqçisi Mehmed Bajdareviç Avstriyadakı təlim-məşq toplanışında keçiriləcək 3 yoxlama oyununa 32 futbolçu çağırıb.

Bu heyətdə yer alan Şehiç son Avropa çempionu İspaniyaya qarşı oynamaq imkanı qazanacaq. Bu görüş mayın 29-da keçiriləcək.

Bosniya və Herseqovina yığması iyunun 3-də Yaponiya, 5 gün sonra Kiprlə qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm