O, məni “Terminator” etmişdi – ŞOK AÇIQLAMA - FOTO
Bizi izləyin

İdman

O, məni “Terminator” etmişdi – ŞOK AÇIQLAMA - FOTO

Təcrübəli hücumçu Zlatan İbrahimoviç yenidən Joze Mourinyo ilə birlikdə çalışmaq istədiyini bildirib.

Publika.az xəbər verir ki, BBC-yə açıqlamasında isveçli forvard Mourinyo ilə çalışdığı günlərdən danışıb:

“O, məndə başqa məşqçilərin görmədiyi xüsusiyyətləri aşkara çıxardı. Jozenin rəhbərliyi altında oynayanda özümü “Terminator” kimi hiss edirdim. Özümə çox inanırdım. Buna pişiyin özünü şirə bənzətməsi də deyə bilərəm”.

Bir müddət əvvəl Mourinyonun “Mançester Yunayted”ə baş məşqçi gələcəyi, İbranın isə onun köməkçisi olacağı haqda xəbərlər yayılmışdı.

PSJ ilə müqaviləsini yeniləməyən Zlatan 2015/16 mövsümündə Liqa-1-də 31 oyuna çıxıb, 34 qol və 15 məhsuldar ötürmə müəllifi olub.

O, Joze Mourinyonun rəhbərliyi altında “İnter”də oynayıb.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm