• USD 1,7000 0,00% EUR 1,9995 0,00%
    • GBP 2,2935 0,00% RUB 0,0287 0,00%

4 min manatlıq bileti kimlər alıb? - Formula 1-in QİYMƏTLƏRİ və XİDMƏTLƏRİ

  • İdman
  • 24 May 2016 13:52
  • 662 Baxış
4 min manatlıq bileti kimlər alıb? - Formula 1-in QİYMƏTLƏRİ və XİDMƏTLƏRİ

“Formula 1 yarışları üçün 4 min manatlıq biletlərin qiymətini biz müəyyənləşdirməmişik”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Bakı Şəhər Həlqəsi Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Onun sözlərinə görə, bahalı biletlər Paddok Klub (Paddock Club) deyilən yerə aid biletlərdir ki, qarajların üstündə yerləşir: “Həmin yerlərə olan biletləri əsasən şirkətlər alır. Dünyada, adətən, iş adamları, şirkətlər öz qonaqlarını həmin yerlərə bilet alıb dəvət edirlər, özləri üçün xüsusi otaqlar ayırıb VİP qonaqlarını qarşılayırlar. Həmin yerlərə biletin qiymətini isə biz yox, Formula 1 özü müəyyən edir. Tribunalarda olan yerlərdəki qiymət 19 dollardan başlayır”.

N.Arpadarai qeyd edib ki, dekabrdan biletlər satışa buraxılıb, azərbaycanlılarla yanaşı əcnəbilər də maraq göstərir: “Bilet Azərbaycan vətəndaşlarına 20-40 faiz endirimlə satılır. Dekabrda satış başlayanda ən ucuz biletimiz 19 dollardan başlayırdı. Bu, birgünlük ayaqüstü olan yerlərə aid idi. Üçgünlük biletlər isə 89 dollar civarında təqdim olunurdu. Satışda qalan hazırki biletlərin qiyməti 90 dollardan 590 dollaradək təklif edilir”.

Təşkilat nümayəndəsi vurğulayıb ki, qiymətə sırf Formula 1 yarışı daxil deyil: “Üçgünlük yarışlar üçün bilet alan şəxs bu müddət ərzində səhərdən axşamacan Formula 1 şəhərciyində yerləşən əyləncə mərkəzlərinə sərbəst şəkildə daxil ola biləcək. Formula 1 saat yarım davam edən yarışdır. Ondan öncə GP 2 yarışı keçiriləcək, bileti olan insanın həmin yarışa da baxmaq imkanı olacaq. Bulvar ərazisində çoxsaylı əyləncəli məkanlar olacaq, 3 böyük səhnə quraşdırılacaq. Bütün bunlar bilet alan şəxslər üçün ödənişsiz təklif ediləcək. Bundan başqa onlar həm də üç gün ərzində dünya ulduzlarının konsertinə giriş əldə edirlər. Xarici ölkədə Enrike İqlesiasın konsertinə getmək istəsəniz, onun konsert bileti 100 dollardan aşağı olmur.

Amma Formula 1 üç dünya ulduzunun - Kris Braun, Enrike İqlesias və Farrell Uilyamsın konsertini təklif edir. Həmçinin pilotlarla avtoqraf sessiyalar da mümkündür. Ona görə də bu təklifləri ayrı-ayrılıqda hesablasaq, Formula 1 biletinin qiymətləri baha deyil. O qiymətə həm konsertlər, həm Formula 1 yarışları, həm pilotlarla görüş, eyni zamanda çoxsaylı əyləncələrə qatılma imkanı var. Bir sözlə, bilet alan insan səhərdən axşamacan əyləncəli gün yaşayacaq”.

N.Arpadarai indiki mərhələdə satılan biletlərin statistikasının açıqlanmayacağını söyləyib: “Elə kateqoriyalar var ki, biletlər daha çox satılır. Rusiya, Böyük Britaniya, Ukrayna, Yaxın Şərq ölkələrindən, Ərəb ölkələrindən alıcılar çoxluq təşkil edir. Son həftələr ərzində Azərbaycan vətəndaşları tərəfindən biletlər çox alınıb. Bu, həm yarışa vaxtın az qalması, həm də konsert proqramlarının bəlli olması ilə bağlıdır”.

Onun fikrincə, 10 mindən çox turistin gələcəyi gözlənilir: “Biz hələ bir neçə ay öncə deyirdik ki, satışdan razıyıq. Otellərdə satışlar kifayət qədər yaxşı gedir. Çünki biz bu layihəyə biznes layihəsi kimi baxırıq. Formula 1 həm təbliğat, həm də turizm potensialının inkişafı baxımından fayda verəcək. Artıq bir neçə oteldə yerlər tutulub. Böyük həyəcan və ajiotaj var. Bilet satışının intensivliyi göstərir ki, düşündüyümüz kimi 10 mindən artıq turist ölkəmizə səfər edəcək”.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>