İdman
Döyüşə gedən idmançımızdan xəbər var - Video, FOTOLAR
Kikboksçu Elçin Hüseynovun martın 22-26-da Türkiyənin Ankara şəhərində keçiriləcək Dünya Çempionatına gedəcəyi ilə bağlı məlumat vermişdik. Lakin sonradan ikiqat dünya çempionu planlarında məcburən bir qədər dəyişiklik etməli olmuşdu. Belə ki, həmin tarixdə baş tutacaq Dünya Çempionatı təxirə salınmışdı. Buna görə də idmançımız aprelin 5-11-də Moldovanın Kişinyov şəhərində baş tutan Avropa Çempionatında döyüşmək qərarına gəldi.
İndi Elçin Hüseynovdan xoş xəbər var. Belə ki, təmsilçimiz Kişinyovdan çempion kimi vətənə qayıdır. Bu barədə Elçin Hüseynovun özü Publika.Az-a məlumat verib. İdmançımız bildirib ki, gərgin mübarizə şəraitində keçən döyüşdən sonra nəhayət hədəfinə çatıb:
“Sevinirəm ki, Avropa çempionatının qızıl medalını boynumdan asmağa nail oldum. Finalda rəqibim Moldovalı idmançı idi. Onu 2-ci raundda noqdauna saldım”.
Məlumat üçün bildirək ki, Elçin Hüseynov və bir neçə idmançı Azərbaycan Budo Döyüş Növləri Federasiyasının prezidenti Faiq Rəfiyevin rəhbərliyi ilə yola düşmüşdülər.
İdmançılarımız hazırda Kişinyovda hava limanında ölkəsinə qayıtmaq üçün qeydiyyatdan keçir. Onlar bu gün saat 8-də vətəndə olacaqlar.
Qeyd edək ki , Elçin Hüseynov 2 qat Dünya çempionu, Dünya Kubokunun qalibidir. Bundan əlavə o, Dünya çempionatının gümüş və bürünc mükafatçısı, Asiya çempionudur.
Həmçinin, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq Turnirin mükafatçısı, Azərbaycan çempionudur.
Aygün İlqarqızı
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR