İdman
"İnter"in direktorunu ittiham etdilər - VİDEO
Azərbaycan teleməkanında qısa zamanda populyarlıq qazanan "TOP TOP" verilişi növbəti buraxılışı ilə tamaşaçıların görüşünə gəlib. Publika.az xəbər verir ki, hər həftənin bazar ertəsi CHATBOX kanalında canlı yayımlanan "TOP TOP"un bu sayı da Azərbaycan futbolunda baş verən ən maraqlı hadisələrə həsr olunub.
Proqramın bu dəfəki qonaqları beynəlxalq dərəcəli hakim Elçin Məmmədov, "Futbol+" qəzetinin əməkdaşı Nihat Ağasoy və daimi ekspert Elnur Əşrəfoğlu olub. "TOP TOP"da Azərbaycan futbolunun hazırki durumu müzakirə edilib, Azərbaycan Premyer Liqasının oyunlarından söhbət açılıb. Proqram qonaqlar arasında baş verən mübahisəli anlarla zəngin olub.
"TOP TOP" verilişində jurnalistlər "İnter" Peşəkar İdman Klubunun direktoru Natiq Məmmədovla bağlı komandanın rəhbəri Cahangir Hacıyevə müraciət ediblər. Proqramın daimi eksperti Elnur Əşrəfoğlu Natiq Məmmədov haqqında bu fikirləri söyləyib: "Bilirik Natiq müəllim futbol adamı deyil, bazar adamıdır. Əlinə özü boyda bir təsbeh alıb, "İnter" klubunun imicinə yaraşmayan hərəkətlər edir. Natiq Məmmədov getsin təsbehini fırlatsın"... Əşrəfoğlu nəyə görə bu sözləri deyib? Əlbəttə ki, proqramı izləsəniz bu suala cavab tapa bilərsiniz. Verilişin aparıcısı Seyran Babayev olub. Bir sözlə teleməkanın maraqlı futbol proqramını izləməyə dəyər.
Verilişin videoyazısını sizə təqdim edirik:
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu