İdman
Ağdamlılar Azərbaycandakı türkə qarşı
Mustafa Dənizli mətbuata verdiyi açıqlamada, “Neftçi” və “Qarabağ”ın Türkiyə Superliqasında heç ilk “6”lığa düşə bilməyəcəyini bildirib, “Qarabağ”ı 15-ci yerdə gedən “Elazığspor”la müqayisə edib.
Publika.Az xəbər verir ki, “Qarabağ” Dənizilinin bu dediklərini cavabsız qoymayıb. Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov sosial şəbəkədə Musatafa Dənizlinin cavabını verib: “Fatih Terimdən daha üstün, daha başarılı saydığım Mustafa Dənizli “Neftçi” və “Qarabağ”ın superliqada heç ilk 6-lığa düşə bilməyəcəyini, “Qarabağ”ı isə 15-ci yerdə gedən “Elazığspor”la müqayisə edib. Hocam, bu sənin şəxsi düşüncəndir, amma əmin ol ki, sənin “Elazığspor”un İtaliyada “İnter”lə 2:2 oynasaydı və ya 10 yerli futbolçuyla “Rusenborq”u sıradan çıxarsaydı vallah, o zaman “Elazığspor”u “Real”la, “Barselona”, “MY” ilə müqayisə edərdiniz.
“Xəzər-Lənkəran” kimi ölkənin ən böyük futbol cameəsi olan klub elə bu heyətlə, elə yerli stadionu doldurmaqla belə inandırım sizi “Elazığspor”dan daha yaxşı çıxış edər. Əminəm buna.
Bu gün “Neftçi” və “Qarabağ” superliqada bu heyətlə 15 min insan qarşısında oynasa nəinki 6-lığa düşərdi, hətta ilk 3-lükdə mübarizə aparardı.
Amma bu da var ki, nə qədər ki, insanlarımız UEFA-nın rəsmən cəzalandırdığı, sağlam rəqabətə çoxdan tüpürən “Qalatasaray”, “Fənərbaxca”, “Beşiktaş”ı özünküləşdirəcək, onların rənginə tutulub, əvəzində öz komandalarımızın uğurlarına “alqı-satqı”` və başqa damğa vuracaq biz də "Elazığspor”la müqayisə olunacağıq”.
Aygün İlqarqızı
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?