• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

100 kq-lıq adam 10 qat Avropa çempionumuza problem yaratdı - FOTOLAR

  • İdman
  • 23 Aprel 2014 17:00
  • 3 101 Baxış
100 kq-lıq adam 10 qat Avropa çempionumuza problem yaratdı - FOTOLAR

Böyüklərdən ibarət karate üzrə milli komandamızın mayın 1-4-də Finlandiyanın Tampere şəhərində keçiriləcək 49-cu Avropa Çempionatına yola düşəcəkləri barədə məlumat vermişdik.

Xatırladaq ki, milli komandamız həmin mötəbər yarışa itki ilə yollanır. Belə ki, dünya karatesinin “briliyantı” və komandanın lideri Rafael Ağayev (-75 kq) zədə səbəbindən yarışda iştirak edə bilməyəcək.

Aprelin əvvəlində İstanbulda “Boğaziçi” açıq beynəlxalq turnirinin finalında yenidən dizindən zədələnən R.Ağayev həkimlərin məsləhəti ilə yaxın günlərdə 2-ci dəfə məcburi əməliyyat olunmalıdır.

Məsələ ilə bağlı “pantera” və “briliant” ləqəbləri ilə tanınan Rafael Ağayevin özü ilə danışdıq. Publika.Az-a açıqlama verən idmançı necə zədələnməsi barədə danışdı:“Bilirsiniz ki, 3 ay bundan əvvəl diz qapağında olan zədə üzündən dekabr ayında əməliyyat olunmuşdum. Bundan sonra heç bir yarışa çıxa bilməmişdim. Təkçə respublika çempionatında vuruşmuşdum. Bundan sonra düşündüm ki, birbaşa Avropa çempionatına getməyim. Əvvəlki formaya düşənə qədər başqa yarışda özümü sınayım. Həmin turnirdə çempion oldum. Amma bir gün sonra komanda yarışında 100 kq çəki dərəcəsində olan rəqiblə qarşılaşdım. Yarışın ortasında “brasok” edərkən ayağıma düşdü. İki tərəfdən diz bağında yırtıq əmələ gəldi. Yenə həmin dizim zədələnib. Müayinə olundum. Həkimlər əməliyyatın qaçınılmaz olduğunu dedi. Bu üzdən Avropa çempionatına qatılmam mümkün olmadı. Artıq dünən əməliyyat olunmuşam. Şükürlər olsun ki, hazırda hər şey normaldır”.

Daha sonra idmançı bərpa müddətindən söz açdı:“Güman edirəm ki, 1 aydan sonra yenidən məşqlərə başlayacam. Amma təbii ki, həkim nəzarətində keçəcək məşqlərim. Noyabr ayında keçiriləcək dünya çempionatına tam hazır olacam”.

Qeyd edək ki, Rafael Ağayev 4 qat dünya, 10 qat Avropa çempionudur.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR