Məşhur güləşçimiz haqda ŞOK xəbər: İŞİD-in tərkibində öldürüldü
Bizi izləyin

İdman

Məşhur güləşçimiz haqda ŞOK xəbər: İŞİD-in tərkibində öldürüldü

O, İraqa getdikdən sonra adını dəyişibmiş və “Al Bara” adını götürübmüş.

Güləş üzrə Azərbaycan yığmasının sabiq üzvü Çamsulvara Çamsulvarayev İraqda öldürülüb.

Publika.az xəbər verir ki, bu haqda kavkaz-uzel.eu saytı məlumat yayıb.

Xəbərə görə, Çamsulvara İraqda İŞİD sıralarında döyüşürmüş. O, İraqa getdikdən sonra adını dəyişibmiş və “Al Bara” adını götürübmüş. Çamsulvarayevin həlak olmasını Britaniyanın IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləyib.

Məlumatda o da deyilir ki, Çamsulvara Dağıstandan olan başqa bir yaraqlı, “Əbu Zeyd” ləqəbli Məhəmməd Əhmədovla birgə öldürülüb. Onun pilotsuz aparatın partlaması nəticəsində öldüyü bildirilir.

Ailəsi Çamsulvara haqda heç bir açıqlama verməyib.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm