ÇL oyununda meydana banan atdılar - VİDEO
Bizi izləyin

İdman

ÇL oyununda meydana banan atdılar - VİDEO

Çempionlar Liqasının oyununda meydana banan atılıb.

Publika.az xəbər verir ki, qrup mərhələsinin 2-ci turu çərçivəsində Rusiyanın "Rostov" və Hollandiyanın PSV komandaları arasında keçirilmiş oyunun ilk hissəsində yaşıl meydana banan düşüb.

"Rostov"un müdafiəçisi Mixa Mevlya və fransalı baş hakim Kleman Turpenin yanında banan aydın görünür. Banan ultrasların olduğu tribunalardan ev sahiblərinin cərimə meydançası tərəfə atılıb. İnsidentin oyunun protokolunda əks etdirilib-etdirilmədiyi hələlik məlum deyil. Görüş 2:2 hesablı heç-heçə ilə nəticələnib.

Maraqlıdır ki, bundan əvvəl də UEFA "Rostov"u cəzalandırmışdı. Rusiya təmsilçisinin Çempionlar Liqasının "pley-off" mərhələsində Hollandiya "Ayaks"ına 4:1 hesabı ilə qalib gəldiyi görüşdə azarkeşlərin davranışları üzündən PSV ilə matçda tribunaların bir hissəsinin qapadılması ilə nəticələnib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm