İdman
Atası ulduz futbolçunu təhqir etdi
David Moyesin istefasından sonra “Mançester Yunayted”ə başçılıq edən Rayan Giqqz ilk zərbəni atasından alıb.
Publika.az xəbər verir ki, Danni Uilson oğlunu ağır sözlərlə tənqid edib.
Məlumat üçün xatırladaq ki, Rayan Giqqz qardaşı Rodri Giqqzin həyat yoldaşı ilə eşq münasibəti yaşamış və bu məlumat mətbuat səhifələrinə çıxmışdı. Atası Rayanı bu səbəbdən bağışlaya bilmir.
“The Sun”a danışan Danni Uilson oğlunu saxtakar və yalançı adlandırıb: “Mən ona hamam vannasını su ilə doldurmağı belə etibar etmərəm. “Mançester Yunayted”in baş məşqçisi kimi heç güvənmirəm. Rayan saxtakar, yalançı adamdı. “Mançester Yunayted”li futbolçular ona necə güvənir? İnsanı gördüyü işə görə dəyərləndirərlər. Yaxşı futbolçu olduğunu qəbul edirəm, amma onun ağlı başqa şeylərdədi. Mənə və qardaşına etdiyi pisliyə görə üzr belə istəmədi. Mən xərçəng xəstəsiyəm. Durumumu belə soruşmadı. Baş məşqçiyə etimad olmalıdı. Futbolçu kimi ona hörmət edilə bilər. Amma qardaşına çox böyük pislik etdi. Oğlum Rodri də onun “Mançester Yunayted”in baş məşqçisi olduğunu öyrəndikdən sonra “Siçan ilan kimi sürünər gedər” mesajını göndərdi”.
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi