İdman
Bananın güdazına getdi
İspaniyanın “Villareal” klubu “Barselona” ilə oyunda baş vermiş insidentlə bağlı qərar qəbul edib.
Qeyd edək ki, həmin qarşılaşmada meydan sahiblərinin azarkeşi “Barsa”nın braziliyalı legioneri Dani Alvesə banan atmışdı. Alves isə bananı yerdən qaldırıb yemişdi. Bu olay bütün dünyada böyük əks-əsda doğurdu. Bir cox tanınmış şəxslər Alvesə dəstək nümayiş etdirərək banan yeyərkən çəkilən şəkillərini sosial şəbəkələrdə paylaşdılar. Hətta İtaliya yığmasının baş məşqçisi Çezera Prandelli və italyan siyasətçi Matteo Rençis də futbolçuya dəstək nümayiş etdirmişdilər. Publika.az xəbər verir ki, məsələ ilə bağlı operativ araşdırma aparan “Villareal” rəhbərliyi meydana banan atan azarkeşin şəxsiyyətini müəyyənləşdirib. Klubun rəsmi saytında azarkeşin adı göstərilməsə də, onun ömürlük olaraq “Villareal”ın ev oyunlarına baxmaq üçün stadiona daxil olmasına qadağa qoyulub.
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?