Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Bizi izləyin

İdman

Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq

Çempionlar Liqasının matçları dekabrın 6-7-də, Avropa Liqasının qarşılaşmaları isə dekabrın 8-də oynanılacaq.

Çempionlar Liqası və Avropa Liqasının sonuncu qrup oyunları bir dəqiqəlik sükutla başlayacaq.

Publika.az xəbər verir ki, bütün görüşlərdə təyyarə qəzasında həlak olmuş Braziliyanın “Şapekoense” klubunun futbolçularının xatirəsi yad ediləcək.

Qeyd edək ki, Çempionlar Liqasının matçları dekabrın 6-7-də, Avropa Liqasının qarşılaşmaları isə dekabrın 8-də oynanılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm