Danışılmış oyun? – AFFA Lənkərana xüsusi komissiya göndərdi
Bizi izləyin

İdman

Danışılmış oyun? – AFFA Lənkərana xüsusi komissiya göndərdi

Danışılmış oyun? – AFFA Lənkərana xüsusi komissiya göndərdi

Bu gün keçiriləcək “Xəzər Lənkəran” – “Rəvan” matçı AFFA-nın diqqət mərkəzində olacaq.

Belə ki, Azərbaycan Premyer Liqasında mövsümün başa çatmasına 4 tur qaldığından və indiki halda bir çox komandalara, o cümlədən cənublulara xal lazım olmadığından onların çətin vəziyyətdə olan rəqibinə kömək edəcəyi ehtimal edilir. Əslində, bu iki klubun adı “qardaş” klublar olan “İnter” və “Simurq”dan, eləcə də “Bakı” və digərlərindən fərqli olaraq, heç vaxt danışılmış oyunlarda hallanmayıb. Amma nədənsə AFFA məhz bu qarşılaşmada meydan sahiblərinin könüllü təslim olaraq rəqibin son pillədən qurtulmasına yardım edəcəyindən şübhələnir. Publika.az futbolinfo.az-a istinadən xəbər verir ki, AFFA bu oyunu izləmək üçün Lənkərana xüsusi komissiya göndərib.

AFFA-nın “Rəvan”a qarşı belə münasibəti səbəbsiz deyil. Belə ki, bakılılar elitada qalmaq uğrunda mübarizədə “Sumqayıt”la rəqabətdədi. Hazırda 3 xal öndə olan “gənclik şəhəri” təmsilçisi AFFA-nın baş katibi Elxan Məmmədovun layihəsinin məhsuludu və assosiasiyanın bəzi rəhbərləri də bu komandanın I diviziona düşməməsində maraqlıdı. Ona görə də “Rəvan”ın “Sumqayıt”ı keçməməsi üçün onların oyunlarına ciddi diqqət yetirilir. Halbuki cənubluların son nəticələrinə baxsaq, xüsusilə evdə qələbəyə həsrət qaldığını nəzərə alsaq, 3-cü dövrədəki matçda da qələbə qazanmış bakılıların ən azı uduzmaması heç də sürpriz sayılmayacaq.

Ümumiyyətlə, AFFA-nın danışılmış oyunlara qarşı mübarizə aparması, nəzarəti gücləndirməsi yaxşı haldı. Amma “Simurq”un bu il “İnter”ə evdə 2 dəfə eyni ssenari ilə (0:1) uduzmasında “əmma” tapa bilməyən komissiyanın Lənkəranda da nəyisə aşkar edəcəyi inandırıcı deyil. Təbii ki, şübhə varsa, araşdırılmalıdı, heç kimə fərq qoyulmamalıdı, “Rəvan” haqqı çatmayan qələbəni qazanacaqsa, bununla bağlı tədbir görülməlidi. Lakin bu standart hamı üçün tətbiq olunmalıdı. Eyni məntiqlə çempionluğa oynayan “Neftçi”nin “Sumqayıt”a 2 dəfə uduzması da şübhəlidi. Xüsusilə Bakıdakı son matçın gedişatı, xarakteri və nəticəsi daha ciddi araşdırma materialıdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm