İdman
Avropa çempionatında Azərbaycan – Türkiyə finalı
Azərbaycan milli komandası Avropa çempionatının finalına çıxıb.
Publika.az xəbər verir ki, Tural Ağalarzadə, Rafiz Həsənov, Şahin Atamov, Ayxan Mamayev, Niyazi Əliyev və Asiman Qurbanlıdan ibarət komandamız finaladək 3 rəqibini məğlub edib.
Komanda kumite yarışlarına ikinci dövrədən qatılmış karateçilərimiz əvvəlcə Latviyanı 3:0, ardından daha güclü Serbiyanı 2:1, yarımfinalda isə Hollandiyanı 2:0 hesabı ilə məğlub etdilər. İlk dəfə komanda kumite yarışlarına qatılan qadınlarımız isə makedoniyalı rəqiblərinə 1:2 hesabı ilə məğlub oldular.
Türkiyə komandası ilə final görüşü mayın 3-də keçiriləcək. Milli komandamızın üzvləri mayın 3-də komanda kumite yarışları ilə yanaşı, fərdi kumitenin medalları uğrunda da döyüşəcəklər. Niyazi Əliyev (-67) ilə Şahin Atamov (+84 kq) qızıl medal uğrunda, Ayxan Mamayev (-89 kq) ilə Nuranə Əliyeva (-50 kq)isə bürünc mükafat qazanmaq üçün tatamiyə çıxacaqlar.
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO