Yuri Syomin: “Xəbərim yoxdu”
Bizi izləyin

İdman

Yuri Syomin: “Xəbərim yoxdu”

Yuri Syomin: “Xəbərim yoxdu”

“Qəbələ”nin baş məşqçisi Yuri Syominin Moskvanın “Spartak” komandasının maraq dairəsinə düşməsi ilə bağlı məlumat yayılıb.

Publika.az xəbər verir ki, rusiyalı jurnalistlər məsələ ilə bağlı Syominin mövqeyini öyrənib. Sovsport.ru-ya danışan Syomin “Spartak”ın onunla maraqlanmasından xəbərsiz olduğunu buildirib: “Spartak”ın mənimlə maraqlanması barədə hər hansı bilgiyə sahib deyiləm. İndi məni “Qəbələ”nin qarşıdakı oyunları və Azərbaycan kubokunun finalı maraqlandırır”.

Xatırladaq ki, Rusiya mətbuatı “Spartak”ı Syominin çalışdıracağı ilə bağlı məlumat yaymışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm