“Bakcell Arena”nı şumladılar – FOTOLAR
Bizi izləyin

İdman

“Bakcell Arena”nı şumladılar – FOTOLAR

“Bakcell Arena”nı şumladılar – FOTOLAR

“Bakcell Arena”da ot örtüyünün dəyişdirilməsinə başlanılıb.

Publika.az xəbər verir ki, bunun səbəbi və görülən işlər barədə prosesə rəhbərlik edən FSM şirkətinin baş aqronomu Matt Frost açıqlama verib:

“Yüksək səviyyəli stadionlarda ot örtüyü ildə bir dəfə yenilənməlidir. “Bakcell Arena”nın ot örtüyü artıq iki ildir istifadə olunurdu. Ötən il yenilənmə işləri aparmaq istəyirdik, lakin oyunların çoxluğu buna imkan vermədi. Praktikaya əsaslansaq, gələn il ot örtüyü bir daha yenilənməlidir. Bu proses bir neçə mərhələdən ibarətdir. İlk mərhələdə köhnə ot örtüyü çıxarılır, sonra xüsusui cihaz vasitəsilə otla torpaq qarışdırılır. Növbəti mərhələdə otun səviyyəsi ölçülərək toxum səpilir. Sonra isə gübrələnmə işləri həyata keçirilir. Təbii ot örtüyünün hansı müddətə lazımi səviyyəyə çatacağını əvvəlcədən demək bir qədər çətindir. Çünki burada iqlim şərtləri rol oynayır. Əlverişli hava şəraiti davamlı olarsa, yeni ot örtüyünün 6-7 həftədən sonra hazır olacağını proqnozlaşdırmaq olar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm