“Qarabağ” qələbə ilə başladı
Bizi izləyin

İdman

“Qarabağ” qələbə ilə başladı

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir.

"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir.

Publika.az xəbər verir ki, ağdamlılar bu gün ilk yoxlama oyununu keçirib.

Qurban Qurbanovun yetirmələrinin ilk rəqibi Albaniyanın "Şkenderbeu" klubu olub.

Ötən mövsüm Albaniya Super Liqasında çempion olmuş "ağ-qırmızılar" daha əvvəl Antalya toplanışı çərçivəsində başqa bir klubumuzla rəqib olub. "Sumqayıt"la üz-üzə gələn albanlar 3:1 hesablı qələbəyə sevinib.

Bu dəfə isə qələbə təmsilçimizin tərəfində olub. "Qarabağ"ın yeni transferi Ağabala Ramazanovun 43-cü dəqiqədə vurduğu qol matçda yeganə olub.

Hazırlıq oyunu

"Qarabağ" - "Şkenderbeu" (Albaniya) - 1:0

Qol: Ağabala Ramazanov, 43

"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 8. Miçel, 14. Rəşad Sadıqov, 15. Rahid Əmirquliyev, 25. Ansi Aqolli, 44. Ağabala Ramazanov, 55. Bədavi Hüseynov, 99. Dani Kintana.

apasport.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm