150 min tələbə rəy bildirəcək
Bizi izləyin

İdman

150 min tələbə rəy bildirəcək

150 min tələbə rəy bildirəcək

Mayın 7-dən etibarən150 min tələbənin iştirakı ilə “Bakı 2015 İlk Avropa Oyunları” başlıqlı rəy sorğusuna start veriləcək.

15 iyunadək davam edəcək sorğu Gənclər və İdman nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Prezidenti yanında Gənclər Fondunun (AzGF) və “Bakı 2015 İlk Avropa Oyunları”nın təşkilat komitəsinin dəstəyi ilə paytaxt Bakı və ölkəmizin regionlarının təhsil müəssisələrinin tələbələri arasında gerçəkləşəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu gün baş tutan mətbuat konfransında ATGTİ-nin sədri Şahin İsmayılov və Prezident Yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov gerçəkləşəcək layihə ilə bağlı mətbuat nümayəndələrinə məlumat veriblər:

“Bu ölkəmizdə tələbələr arasında gerçəkləşəcək ən böyük layihələrdən biri olacaq. 150 mindən artıq tələbə arasında aparılan sorğu nəticəsində 12-15 min könüllü tələbə seçiləcək”.

Könüllülərin seçimi prosesinə 300-dən artıq tələbə cəlb olunub. Müsabiqədən keçmiş könüllülər üçün Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin xətti ilə ölkəmizə gələcək xüsusi şəxslər tərəfindən treninqlər təşkil olunacaq.

15 iyunadək keçiriləcək sorğunun əsas məqsədləri tələbə - gənclərin “Bakı 2015 İlk Avropa Oyunları”na münasibətini öyrənməkdir. Həmçinin onlara bu yarışma haqqında dolğun məlumat verərək, tələbə - gənclərin bu möhtəşəm idman tədbirində könüllü olmaq (və ya olmamaq) istəklərini müəyyənləşdirməkdir.

Bundan əlavə oyunlarda könüllü olmaq istəyən tələbə - gənclərə şərait yaradılacaq. Onların yarışlara cəlb olunması və gələcəkdə istifadə oluna biləcək ümumi könüllü məlumat bazasının formalaşdırılması da sorğunun əsas məqsədlərindəndir.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm