• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Avropa Liqasının simvolik heyəti açıqlandı

  • İdman
  • 10 Mart 2017 19:38
  • 251 Baxış
Avropa Liqasının simvolik heyəti açıqlandı

Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra simvolik heyət açıqlanıb.

Publika.az UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, rəmzi "11-liy"ə Türkiyənin "Beşiktaş" klubunun hücumçusu Vensan Abubakar da düşüb. 25 yaşlı kamerunlu futbolçu Yunanıstanın "Olimpiakos" komandası ilə səfər matçında İstanbul təmsilçisinin bərabərlik (1:1) qolunu vurduğu üçün siyahıda yer alıb.

Qapıçı: Yan Zommer (“Borussiya” Münhenqladbax)

Müdafiəçilər: Uqo Mallo (“Selta”), Uroş Spaiç (“Anderlext”), Lüdviq Auqustinsson (“Kopenhagen”)

Yarımmüdafiəçilər: Alexandro Posuelo, Ruslan Malinovski (hər ikisi “Genk”), Henrik Mxitaryan (“Mançester Yunayted”), Korenten Tolisso (“Lion”)

Hücumçular: Aleksandr Lyakazett (“Lion”), Vensan Abubakar (“Beşiktaş”), Mbvana Samatta (“Genk”)

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları martın 16-da keçiriləcək.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>