Əfsanəvi idmançımız 19-cu dəfə dünya çempionu oldu - FOTOLAR
Bizi izləyin

İdman

Əfsanəvi idmançımız 19-cu dəfə dünya çempionu oldu - FOTOLAR

Əfsanəvi idmançımız 19-cu dəfə dünya çempionu oldu - FOTOLAR

Dünyanın ən titullu idmançılarından olan - 18 qat dünya çempionu, kikboksçu Eduard Məmmədovun yeni döyüşə çıxacağı barədə məlumat vermişdik. (http://publika.az/p/18130)

Yunanıstanın Santorini şəhərində WPKA versiyası üzrə dünya çempionatında Azərbaycanı təmsil edən idmançılardan biri də Eduard Məmmədov idi. “Neftçi İSM”in idmançısı növbəti dəfə çempion titulunu qoruyub. “Ağ canavar” ləqəbli idmançı Publika.az-a danışarkən qələbəsini belə şərh etdi:

“İki rəqiblə - İspaniya və Ukraynadan olan idmançılara qarşılaşdım. WPKA versiyasi üzrə dünya çempionatında “Low-kick”də 60 kq çəkidə 19-cu dəfə dəfə çempion oldum. Millət vəkili, federasiyanın prezidenti Adil Əliyev bizə bu yarış boyu çox dəstək oldu”.

Eduard Məmmədov 18-ci dəfə dünya çempionu olarkən dizindən zədə almışdı. Bu zədənin ona döyüş boyu bir problem yaradıb-yaratmaması ilə bağlı maraqlandıq. İdmançımız zədəsinin sağaldığını dedi:

“Xeyr, heç bir problem olmadı. Zədəm sağalmışdı. Çox yaxşı formada idim. Yarışa həmişə olduğu kimi müəllimim Çingiz Eyvazovla hazırlaşmışdım. Özümə inanırdım”.

Daha sonra idmançı tələbələrinin göstərdiyi nəticələrdən də danışdı:

“Tələbəm Qədim Məmmədli 1-ci, Həmzəyev Azad 2-ci və Əsədullayev Kənan 2-ci yeri tutdular. Onlar çox yaxşı döyüşdülər, məni qane etdi. Onlar da “Neftçi İSM”in üzvləridir. Qeyd edim ki, Azad və Kənan birinci dəfə idi ki, belə beynəlxalq turnirdə çıxış edirdilər”.

Bildirək ki, digər idmançımız Fuad Zeynalov da 90 kq “Low-kick”də 1-ci yerin sahibi olub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm